Bakı. Trend:
Amerika Birləşmiş Ştatları və Britaniya hərbi hava qüvvələri Yəməndə Ənsar Allah (Husi) hərəkatının mövqelərinə ən azı 9 hava zərbəsi endirib.
Trend xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ və Britaniya aviasiyası Yəmənin qərbində yerləşən Amran əyalətindəki Harf Sufyan bölgəsinə 7 zərbə, şimal-qərbdəki Saada əyalətində yerləşən Əl-Rahba qəsəbəsinə isə 2 zərbə endirib.
Hadisə nəticəsində zərərçəkən və ya yaralananlar barədə məlumat verilmir.