Bakı. Trend:
Yaponiyanın əsas hava peyki, Himavari-9 (Günəbaxan-9), qismən sıradan çıxıb və bəzi şəkillərin ötürülməsini dayandırıb.
Trend Yaponiyanın Milli Meteorologiya İdarəsinə istinadən bildirir ki, nasazlıq əsasən Yer səthindən infraqırmızı şüalanmanın aşkarlanması ilə bağlıdır.
Bununla belə, peyk qurğuları, tayfunların hərəkəti, güclü yağışlar, küləklər, dalğalı dənizlər və digər təbii hadisələrlə bağlı xəbərdarlıqların ötürülməsi sahəsində normal şəkildə işləməkdə davam edir.
Meteorologiya İdarəsi uğursuzluğun səbəbini hələ müəyyən edə bilmədiklərini və düzəlişlərin nə vaxt ediləcəyini dəqiqləşdirə bilmədiklərini bildiriblər.