Bakı. Trend:
İsrail hakimiyyəti ümid edir ki, Donald Trampın prezidentliyi dövründə onlar Fələstinin "HƏMAS" qruplaşması ilə girovların azad edilməsi və atəşkəslə bağlı tezliklə razılığa gələ biləcəklər.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri mənbələrə istinadən bildirib.
"Tramp Ağ Evdə olduğu müddətdə, İsrail girovların azad edilməsinə dair razılaşma əldə etmək şansları ilə bağlı daha nikbindir", - deyə bildirilib.
Qəzetin həmsöhbəti onu da qeyd edib ki, onun fikrincə, Tramp bundan sonra İsrailə Amerika silahlarının verilməsinə mane olmayacaq.