Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Livandakı “terrorçu hədəflərə” hücuma keçdiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun açıqlamasında bildirilib.
Məlumata əsasən, hücuma "Hizbullah" hərəkatının Dov dağına raket atmasından sonra başlanılıb.
"İsrail ordusu hazırda Livanda terrorçuların hədəflərinə zərbələr endirir", - deyə qeyd olunub.