...

Pentaqon ABŞ-nin Ukraynaya edəcəyi hərbi yardımın məbləğini açıqladı

Dünya xəbərləri Materials 6 Dekabr 2024 03:51 (UTC +04:00)
Pentaqon ABŞ-nin Ukraynaya edəcəyi hərbi yardımın məbləğini açıqladı

Bakı. Trend:

ABŞ-nin Ukraynaya bundan sonra hələ 9 milyard dollardan çox hərbi yardımı nəzərdə tutulub.

Trend xəbər verir ki, bu məbləği Pentaqonun nümayəndəsi Patrik Rayder deyib.

Bu vəsaitin 2.21 milyardı yeni avadanlıqların alınması və onun Kiyevə çatdırılmasını nəzərdə tutan Ukraynada təhlükəsizliyin təmin edilməsinə yardım təşəbbüsü (USAI) çərçivəsində təsdiqlənib.

6.8 milyard "Presidential Drawdown Authority" (PDA) təcili hərbi yardım proqramı çərçivəsində qalır, bu mexanizm Pentaqonun anbarlarından hərbi texnikanın göndərilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti