Bakı. Trend:
Yuxarı Avstriyanın Vöklabruk şəhərində məktəbdə aparılan bərpa işləri zamanı mumiyalanmış uşaq meyiti aşkarlanıb.
Trend-in məlumatına görə, bu barədə "Heute" nəşri bildirir.
Polisin mətbuat xidməti hadisə ilə bağlı açıqlamasında, təmizlik işləri zamanı məktəbdə insan skeleti aşkar edildiyini bildirib. Aparılan müayinələr nəticəsində skeletin uşağa aid olduğu müəyyənləşdirilib.
İstintaqa Dövlət Kriminal Polis İdarəsi rəhbərlik edir və prokurorluqla sıx əməkdaşlıq şəraitində araşdırmalar davam edir.
İlkin məlumatlara əsasən, uşağın meyiti üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Hadisənin tam səbəbi hələlik məlum deyil və istintaq prosesində bu məsələlərin üzə çıxarılması gözlənilir.