...

Çin ABŞ və Avropaya dron hissələrinin ixracını dayandırdı

Dünya xəbərləri Materials 10 Dekabr 2024 01:22 (UTC +04:00)
Çin ABŞ və Avropaya dron hissələrinin ixracını dayandırdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin istehsalçıları dronların yaradılması üçün vacib olan mühərriklər, batareyalar və uçuş idarəetmə sistemləri kimi hissələrin ABŞ və Avropaya satışını məhdudlaşdırmağa başlayıblar.

Trend xəbər verir ki, bu barədə Bloomberg xəbər yayıb. İnamlı mənbələrin sözlərinə görə, Çinli istehsalçılar ixrac olunan hissələrin sayını ya azaldıblar, ya da tamamilə dayandırıblar.

Mənbələr əlavə edib ki, bu addım dron hissələrinin ixracına daha geniş məhdudiyyətlərin tətbiqi üçün yalnız "müqəddimədir". Qərb rəsmiləri gələn ildən etibarən bu məhdudiyyətlərin qüvvəyə minəcəyini gözləyirlər.

Həmçinin səlahiyyətli şəxsin sözlərinə görə, Çin ixrac üçün tələb olunan lisenziyaların təsdiqini dayandıra bilər və istehsalçılardan ixrac planları ilə bağlı hökumətə məlumat təqdim etmələrini tələb edəcək. Bu addım ABŞ və Avropanın hərbi və strateji planlamalarını təsir edə biləcək mühüm bir məsələyə çevrilib.

Xəbər lenti

Xəbər lenti