...

Afrikada meymunçiçəyi virusuna yoluxma halları artmaqdadır

Dünya xəbərləri Materials 10 Dekabr 2024 06:21 (UTC +04:00)
Afrikada meymunçiçəyi virusuna yoluxma halları artmaqdadır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 3-dən dekabrın 1-dək Afrikada 2 mindən çox insan meymunçiçəyi (“mpox”) virusuna yoluxub.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında bildirilir. 2024-cü ilin yanvarın 1-dən dekabrın 1-dək qitədə ümumilikdə 13,171 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Bu müddət ərzində 57 nəfər virusun səbəb olduğu ağırlaşmalar nəticəsində dünyasını dəyişib.

Son məlumata görə, xüsusilə Konqo Demokratik Respublikasında yoluxma halları artmaqdadır. Burada noyabrın 3-dən etibarən mpox virusu şübhəsi ilə 851 yeni yoluxma qeydə alınıb ki, bu da ümumi yoluxma sayını 9513-ə çatdırıb.

Qlobal miqyasda isə, 2022-ci ilin yanvarın 1-dən 2024-cü ilin oktyabrın 31-dək 115,101 təsdiqlənmiş meymunçiçəyi hadisəsi və 255 ölüm halı qeydə alınıb.

ÜST virusun yayılmasının qarşısını almaq üçün maarifləndirmə, gigiyena tədbirləri və erkən diaqnozun vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti