...

Suriyada keçid hökumətinin müvəqqəti Baş naziri təyin edildi

Dünya xəbərləri Materials 10 Dekabr 2024 17:10 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Suriya keçid hökumətinin müvəqqəti Baş naziri vəzifəsinə Məhəmməd əl-Bəşir təyin edildi.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, o, televiziyada yayımlanan çıxışında, 1 mart 2025-ci il tarixinədək Suriyada keçid hökumətinin Baş naziri vəzifəsini icra etmək üçün təyin edildiyini bildirib.

Qeyd edək ki, Məhəmməd əl-Bəşir 1983-cü ildə Suriyanın İdlib vilayətinin Cəbəl əz-Zaviye bölgəsində anadan olub. O, Halep Universiteti və İdlib Universitetində təhsil alıb. Əl-Bəşir, 13 yanvar 2024-cü ildən etibarən Suriya Qurtuluş Hökumətinin baş naziri vəzifəsini icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti