...

Almaniyanın Türkiyəyə silah ixracı rekord həddə çatıb

Dünya xəbərləri Materials 13 Dekabr 2024 08:01 (UTC +04:00)
Almaniyanın Türkiyəyə silah ixracı rekord həddə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hökuməti 2024-cü il ərzində Türkiyəyə 230,8 milyon avro dəyərində silah ixracını təsdiq edib ki, bu da son 18 ildə ən yüksək göstəricidir.

Trend xəbər verir ki, bu məlumatı DPA agentliyi Almaniya İqtisadiyyat Nazirliyinin Bundestaqın deputatı Sevim Dağdelenin sorğusuna cavabına istinadən yayıb.

Məlumata əsasən, ixrac olunan məhsullar arasında 79,7 milyon avro dəyərində silah və 151,1 milyon avro dəyərində digər hərbi təyinatlı avadanlıqlar yer alır.

Son illərdə Almaniya Türkiyəyə silah ixracını kəskin şəkildə azaldaraq, 2023-cü ildə cəmi 1,22 milyon avro dəyərində 17 kiçik layihə təsdiqləmişdi. Lakin cari rəqəmlər Almaniya hökumətinin son aylarda ixrac siyasətində dəyişiklik etdiyini göstərir.

Xəbər lenti

Xəbər lenti