...

Cenevrədə İran, Böyük Britaniya, Fransa və Almaniya dialoqu keçirilir

Dünya xəbərləri Materials 13 Yanvar 2025 14:30 (UTC +04:00)
Cenevrədə İran, Böyük Britaniya, Fransa və Almaniya dialoqu keçirilir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cenevrədə İran, Böyük Britaniya, Fransa və Almaniya dialoqu keçirilir. İranın Cenevrə danışıqlarında ilk və əsas məqsədi ölkə əleyhinə tətbiq olunan sanksiyaların ləğvinə çalışmaqdır.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla yanaşı, İran özünü gücləndirməyin yollarını öyrənib və iqtisadiyyatını sahib olduğuna arxalanaraq möhkəmləndirməyə yönəldib.

Bəqai bildirib ki, İran sanksiyaların mənfi təsirlərini minimuma endirmək üçün həmişə çalışıb. Buna əsasən dialoqun əsasını sanksiyaların ləğvi məsələsi təşkil edir.

“Bir daha qeyd edim ki, Cenevrə danışıqlarında regional və beynəlxalq məsələlər, üç Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) ilə ikitərəfli məsələlər, eləcə də, nüvə məsələləri müzakirə olunur. Eyni zamanda İran tərəfi qarşı tərəflərin nüvə proqramı haqda irəli sürdüyü dinləyəcək”, - deyə o qeyd edib.

Əlavə edək ki, 29 noyabr 2024-də İran və 3 Avropa ölkəsi (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri müavinlərinin dialoqunun ilk raundu Cenevrədə keçirilib. Bu dialoqun növbəti raundu 13-14 yanvarda Cenevrədə davam etdirilir.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla MAQATE-nin nəzarət mexanizmi 20-30% azalıb.

İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.

Xəbər lenti

Xəbər lenti