Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, aparılan istintaq çərçivəsində İŞİD-ə ötürmək üçün pul topladığı müəyyən edilən şübhəli şəxslər tutulub.
“İstanbul şəhərində yaşayan 8 şübhəli şəxsin topladıqları pulları terror təşkilatına ötürülməsi üçün Adanadakı Ramazan Ç. adlı şübhəliyə çatdırdıqları müəyyən edilib. Təhlükəsizlik qüvvələri əməliyyat zamanı 7 şübhəli şəxsi saxlayıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən şübhəlilərdən 6-sı həbs edilib, 1-i sərbəst buraxılıb”, - məlumatda qeyd edilib.