Bakı. Trend:
Almaniyanın paytaxtı Berlində nəqliyyat sektoru işçilərinin 24 saatlıq tətili başlayıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, sabah 03:00-a (Bakı vaxtı ilə 06:00) kimi davam edəcək tətillə əlaqədar Almaniya paytaxtında metro fəaliyyətini dayandıracaq. Bundan başqa, əksər marşrutlar üzrə avtobus və tramvaylar işləməyəcək. Sərnişindaşıma sisteminin tam iflic olmaması məqsədilə Berlinin bəzi rayonlarında əlavə elektrik qatarları istismara veriləcək.
Qeyd edək ki, 24 saatlıq tətil “Verdi” xidmət sektoru işçilərinin ittifaqın çağırışı ilə keçirilir. Həmkarlar ittifaqı BVG-nin 16-minə yaxın işçisinə əmək haqqının aya 750 avro artırılmasını, eyni zamanda “13-cü ay maaşının” və bir sıra əlavə bonusların verilməsini tələb edirlər.