Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp sintetik opioidlərin tədarükü ilə mübarizə məqsədilə Çindən idxal edilən mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb.
Trend xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Fevralın 2-də Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi barədə sərəncam imzalayıb. Meksika və Kanada üçün tarif dərəcəsi 25%, Çin üçün isə 10% müəyyən edilib. Daha sonra Vaşinqton Meksika və Kanadadan gələn mallara 25% idxal rüsumunu 30 gün müddətinə dayandırsa da, Çinə qarşı məhdudiyyətlər qüvvədə qalıb.
Bundan əvvəl Çinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında daimi nümayəndəliyi bəyan etmişdi ki, ABŞ-ın Çin mallarına tətbiq etdiyi 10%-lik rüsumlar ikitərəfli iqtisadi əməkdaşlığa mane olur və qlobal təchizat zəncirlərinin sabitliyini pozur.