...

Partlayışa səbəb qaz sızması olub (ƏLAVƏ EDİLİB)

Dünya xəbərləri Materials 18 Fevral 2025 08:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxstanın Ulıtau vilayətində yerləşən şaxtada təbii qaz partlayışı şaxtanın dağılmasına səbəb olub.

Trend xəbər verir ki ,bu barədə “Kazakhmys Corporation” şirkətlər qrupu məlumat yayıb.

“İlkin məlumatlara görə, şaxtalar üçün xarakterik olmayan təbii qaz partlayışı baş verib”, - şirkətlərdən bildirilib.

“Kazakhmys Corporation” xatırladıb ki, hadisənin şəraiti və səbəbləri müəyyənləşdirilir, faciəni araşdırmaq üçün xüsusi dövlət komissiyası yaradılıb.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetinə uçan şaxtada 7 şaxtaçının həlak olmasının səbəblərini hərtərəfli araşdırmağı tapşırmışdı.

xxx

07:50

“Kazakhmys Corporation” şirkətinə məxsus şaxtada aparılan axtarış-xilasetmə əməliyyatları zamanı yeddinci işçinin meyiti tapılıb.

Trend xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, həlak olan bütün şaxtaçıların cəsədi çıxarılaraq məhkəmə-tibbi ekspertizaya göndərilib.

Xatırladaq ki, bu gün saat 16:50 radələrində Jomart mədənində çökmə baş verib və yeddi şaxtaçı dağıntılar altında qalıb.

xxx

03:58

Qazaxıstanın Ulıtau vilayətində yerləşən Jomart mədənində baş verən çökmə nəticəsində altı şaxtaçının cəsədi tapılıb.

Trend xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb.

Hadisənin səbəblərinin araşdırılması davam edir, yeddinci şaxtaçının axtarışı isə hələ də davam etdirilir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin qüvvələri, kinoloji bölmələr, Fəlakət Təbabəti Mərkəzinin mütəxəssisləri və psixoloqlar hadisə yerində xilasetmə işlərini həyata keçirir.

Xatırladaq ki, bu gün saat 16:50 radələrində Jomart mədənində çökmə baş verib və yeddi şaxtaçı dağıntılar altında qalıb.

xxx

22:28

Qazaxıstanın Ulıtau vilayətində yerləşən Jomart mədənində şaxta çökməsi baş verib.

Trend xəbər verir ki, bu barədə mədənlərin işlənməsi ilə məşğul olan "Kazakhmys Corporation" şirkətlər qrupu məlumat yayıb.

Məlumata görə, fevralın 17-də Ulıtau vilayətinin Janaarkinski rayonunda yerləşən Jomart mədənində qaya çökməsi baş verib. Hadisə nəticəsində 7 mədənçi dağıntılar altında qalıb. Kabelin qırılması səbəbindən onlarla əlaqə yaratmaq mümkün deyil.

Şirkət bildirib ki, hazırda hadisə yerində təcili xilasetmə işləri aparılır.

Xəbər lenti

Xəbər lenti