...

Toronto hava limanında baş verən təyyarə insidentində yaralıların sayı artıb (ƏLAVƏ EDİLİB)

Dünya xəbərləri Materials 18 Fevral 2025 05:21 (UTC +04:00)
Toronto hava limanında baş verən təyyarə insidentində yaralıların sayı artıb (ƏLAVƏ EDİLİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ontario ştatının Toronto hava limanında Delta Hava Yollarına məxsus təyyarənin iştirakı ilə baş verən insidentdə yaralananların sayı 17-yə yüksəlib.

Trend xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarədə 76 sərnişin və 4 ekipaj üzvü olub. Hadisə nəticəsində 17 nəfər xəstəxanaya yerləşdirilib. Daha əvvəl biri uşaq olmaqla üç nəfərin vəziyyətinin ağır olduğu bildirilirdi.

İlkin məlumata əsasən, insidentin səbəbi uçuş-eniş zolağının buzlanması olub. Hadisə yerində fövqəladə hallar xidmətlərinin əməkdaşları çalışır.

xxx

02:32

Ontario ştatının Toronto hava limanında Delta Hava Yollarına məxsus təyyarə ilə baş verən insidentdə yaralananların sayı 15-ə yüksəlib.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi CTV məlumat yayıb.

Daha əvvəl səkkiz nəfərin yaralandığı, onlardan üçünün, o cümlədən bir uşağın vəziyyətinin ağır olduğu bildirilmişdi.

Təyyarədə ekipaj da daxil olmaqla təxminən 100 nəfər olub.

Hadisə yerində təcili fövqəladə hallar xidmətlərinin əməkdaşları işləyir. İlkin versiyaya görə, təyyarə qarlı uçuş-eniş zolağının buzlaşması səbəbindən eniş zamanı çevrilib.

xxx

01:34

ABŞ-nin “Delta Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Kanadanın Toronto hava limanında eniş zamanı çevrilib.

Trend xəbər verir ki, CRJ-900LR təyyarəsi Minneapolisdən Torontoya uçurdu. Təyyarədə ekipaj da daxil olmaqla təxminən 100 nəfər olub. Azı səkkiz nəfər yaralanıb.

Hadisə yerində təcili fövqəladə hallar xidmətlərinin əməkdaşları işləyir. İlkin versiyaya görə, təyyarə qarlı uçuş-eniş zolağının buzlaşması səbəbindən eniş zamanı çevrilib.

Olayın dəqiq səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti