Bakı. Trend:
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl-Səud Ər-Riyadda ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüş keçirib.
Trend xəbər verir ki, Səudiyyə Mətbuat Agentliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə iki ölkə arasındakı əlaqələrin müxtəlif aspektləri müzakirə olunub və əlaqələrin möhkəmləndirilməsi yolları nəzərdən keçirilib.
Tərəflər həmçinin regionda və dünyada baş verən hadisələr, təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində atılacaq addımlar barədə danışıblar.
Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ ikitərəfli münasibətlərin bərpası, Rusiya-Ukrayna münaqişəsinin həlli və Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar.