...

İsrail Suriyanın cənubunda hava zərbəsi endirdiyini bildirib

Dünya xəbərləri Materials 19 Fevral 2025 02:28 (UTC +04:00)
İsrail Suriyanın cənubunda hava zərbəsi endirdiyini bildirib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda hava hücumu həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Hücumun hədəfinin Suriyanın sabiq prezidenti Bəşər Əsəd dövründə Suriya silahlı qüvvələrinin istifadə etdiyi silahlar olduğu bildirilib.

"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubundakı Saasa bölgəsində köhnə Suriya rejiminə məxsus silahlara hücum edib", - deyə bildirilib.

Hərbçilər hansı silahların vurulduğunu dəqiqləşdirməyiblər. “İsrail ordusu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyət göstərməyə davam edəcək", - deyə əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti