...

Ermənistan parlamentində avrointeqrasiya üzrə qanun layihəsi müzakirəyə çıxarılacaq

Dünya xəbərləri Materials 24 Mart 2025 13:06 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentinin Avrointeqrasiya komissiyası ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanılnması haqda qanun layihəsini təsdiq edərək, əsas oxunuşda qəbul olunması üçün onu sessiyanın gündəminə daxil edib.

Trend xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayıb.

Belə bir qərar Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə daimi komissiyasının növbədənkənar iclasında qəbul olunub.

"Avropa inteqrasiyası ilə bağlı qanun layihəsinin Ermənistan parlamentinin iclas gündəminə daxil edilməsi barədə qərar səs çoxluğu ilə qəbul edilib. Komissiya layihəni sabah başlayacaq parlament iclaslarının gündəminə çıxaracaq", – deyə komissiya sədri Arman Eqoyan müzakirələr zamanı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti