Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın İranı bombalamaqla hədələməsi fonunda, İran ABŞ-yə xəbərdarlıq notası verib.
Trend-in məlumatına görə, bununla əlaqədar ABŞ-nin İrandakı hüquqlarını müdafiə edən İsveçrə səfirliyinin rəhbərliyi İran Xarici İşlər Nazirliyinə dəvət olunub.
Məlumata görə, baş tutan görüşdə İran Xarici İşlər Nazirliyinin Amerika ölkələri üzrə idarəsinin baş direktoru İsa Kameli beynəlxalq hüquq normaları və BMT əsasnaməsinə zidd olan açıqlamanı qınayıb və istənilən təhdidə İranın qətiyyətli və dərhal cavab verəcəyi elan olunub.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran nüvə proqramı ilə bağlı sazişə razılıq verməsə, İran görünməmiş bombardmanlarla üzləşəcək.