...

Kadırov tutduğu vəzifədən azad edilməsini istəyir

Dünya xəbərləri Materials 6 May 2025 17:10 (UTC +04:00)
Kadırov tutduğu vəzifədən azad edilməsini istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çeçenistanın rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini istəyir.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Kadırov “Çeçnya sevodnya”ya verdiyi açıqlamada bildirib.

Kadırov bununla onun istefa verəcəyi ilə bağlı dolanan şayiələri şərh edib. Açıqlamasında Çeçenistan rəhbəri gələcək varisi ilə bağlı məsələyə də toxunub.

“Özüm xahiş edirəm ki, məni tutduğum vəzifədən azad etsinlər. Başqasının öz təşəbbüsləri, öz baxışları olacaq. Ümidvaram ki, mənim bu müraciətimi dəstəkləyəcəklər”, - deyə Kadırov bildirib.

Çeçenistan lideri istefası üçün konkret kimə müraciət etdiyinə aydınlıq gətirməyib.

Bundan əvvəl Kadırov sağlamlıq durumu ilə bağlı yayılmış şayiələrə münasibət bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti