Bakı. Trend:
ChatGPT çatbot istifadəçilərə süni intellektlə çox uzun müddət ünsiyyət qurduqları təqdirdə, onlara fasilə verməyi xatırlatmağa başlayacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, xəfif göstərişlər çatlarda ekranda görünən pəncərələr kimi görünəcək. İstifadəçilər süni intellektlə söhbətə davam etmək üçün onların üzərinə klik etməli olacaqlar. Yeni funksiya ChatGPT ilə istifadəçilər arasında “daha sağlam” münasibət yaratmaq məqsədi daşıyır. Çatbotun faktiki olaraq yanlış və ya təhlükəli cavablar yaratdığı hallar məlumdur. Bu, insanların sağlamlığını və psixi rifahını risk altında qoyub.
Tərtibatçı şirkət bu çatışmazlıqları etiraf edib və istifadəçilərin sorğularına daha diqqətli cavab verməsi üçün ChatGPT-ni yeniləməyi vəd edib. Birbaşa cavab əvəzinə, proqram həmsöhbətə problem haqqında düşünməyə, suallar verməyə, bu və ya digər vəziyyətin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməyə kömək edəcək.