Bakı. Trend:
Rusiyada Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Nəzarət Xidməti (Roskomnadzor) ölkə ərazisində “FaceTime” tətbiqi ilə bağlı məhdudlaşdırıcı ölçülər qəbul edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu qərar, sözü gedən “Apple” tətbiqinin terror aktlarının təşkili və həyata keçirilməsi üçün istifadə olunması ilə əsaslandırılıb.
“Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, “FaceTime” xidməti ölkə ərazisində terror aktlarının təşkili və həyata keçirilməsi, onların icraçılarının verbovka edilməsi, vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur. Bununla əlaqədar olaraq, Roskomnadzor “FaceTime”a məhdudlaşdırıcı ölçülər tətbiq edir”, – məlumatda bildirilir.
