...

Moskvada polis maşını partladılıb - 3 nəfər həlak olub

Dünya xəbərləri Materials 24 Dekabr 2025 11:15 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Moskvanın cənubunda avtomobilin partladılması nəticəsində 2 polis əməkdaşı və hadisəni törədən şəxs həlak olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin bəyanatında qeyd olunub.

İlkin məlumatlara görə, gecə saatlarında iki polis leytenantı Yeletskaya küçəsində xidməti avtomobilin yaxınlığında şübhəli bir şəxsi görüb.

Naməlum şəxsi saxlamaq üçün ona yaxınlaşdıqları anda partlayış baş verib. Alınan xəsarətlər nəticəsində iki polis əməkdaşı, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının yanında olan həmin şəxs həlak olub.

Məlumata əsasən, əldəqayırma partlayıcı qurğu DYP-yə məxsus xidməti avtomobilin alt hissəsinə, sürücünün yanında, sərnişin oturacağı tərəfdən bərkidilib.

Hazırda istintaq partlayıcı qurğunun işə salınma mexanizmini müəyyənləşdirir. Polis əməkdaşlarının həyatına qəsd və partlayıcı maddələrin qanunsuz dövriyyəsi faktı üzrə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti