...

Parisdə kuryerdən 150 min avro dəyərində göy yaqut qarət olunub

Dünya xəbərləri Materials 24 Dekabr 2025 20:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə naməlum şəxs kuryerdən zərgərlik mağazası üçün nəzərdə tutulmuş qiymətli daş-qaşları daşıyan kuryerdən 150 min avro dəyərində göy yaqutu qarət edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, kuryer avtomobilini saxlayıb ondan düşdüyü anda, yaxınlıqda sırayla park edilmiş furqonun arxasında gizlənən cinayətkar ona yaxınlaşaraq baş nahiyəsinə güclü zərbə endirib və içində qiymətli daş-qaşlar olan paketləri ələ keçirib.

Paketlərdə göy yaqut daşları ilə yanaşı, ümumi dəyəri 10 min avro olan qızıl zinət əşyaları da olub. Bundan sonra cinayətkar hadisə yerindən skuter ilə uzaqlaşıb.

Zərərçəkmiş kuryer xəstəxanaya yerləşdirilib.

Qiymətli əşyaları və soyğunçunu tapmaq hələ ki, mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti