...

İran istənilən təcavüzə peşmanedici cavab verəcək – XİN

Dünya xəbərləri Materials 26 Yanvar 2026 12:15 (UTC +04:00)
İran istənilən təcavüzə peşmanedici cavab verəcək – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran istənilən təcavüzə peşmanedici və əhatəli cavab verəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran əvvəlki dövrlərlə müqayisədə indi daha güclü və daha hazırlıqlıdır.

Bəqai bildirib ki, İran öz potensialı və bacarığına güvənir və keçmiş təcrübələr, xüsusilə də ötən il baş verən müharibə İranı daha da gücləndirib.

Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçilər, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Nəticədə İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, iyunun 21-ü axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail Baş nazirinin ofisi İsrail hökumətinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti