...

Zelenski Ukraynada hərbi vəziyyətin uzadılması barədə qanun imzaladı

Dünya xəbərləri Materials 27 Yanvar 2026 00:28 (UTC +04:00)
Zelenski Ukraynada hərbi vəziyyətin uzadılması barədə qanun imzaladı

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərliyin 3 fevraldan 4 maya qədər 90 gün müddətinə uzadılması barədə qanun imzalayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Ali Radanın saytında bildirilib.

Ali Rada bu qanunları yanvarın 14-də qəbul edərək hərbi vəziyyət və səfərbərliyi 18-ci dəfə uzadıb.

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti