...

Qəzza zolağı hərbsizləşdirilməlidir – İsrail XİN

Dünya xəbərləri Materials 27 Yanvar 2026 13:02 (UTC +04:00)
Qəzza zolağı hərbsizləşdirilməlidir – İsrail XİN
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Həm İsrailin, həm də Qəzzanın təhlükəsizliyinin təmin olunması üçün HƏMAS tərksilah olunmalı, Qəzza zolağı isə hərbsizləşdirilməlidir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Qazaxıstan səfəri zamanı qazaxıstanlı həmkarı ilə görüşdə bildirib.

“Cənab nazir, biz Donald Trampın Qəzza ilə bağlı planını dəstəkləyirik və onun həyata keçirilməsinin tərəfdarıyıq. HƏMAS tərksilah edilməli, Qəzza sektoru isə demilitarizasiya olunmalıdır. Bu, həm İsrailin təhlükəsizliyi, həm də Qəzzanın daha yaxşı gələcəyi üçün zəruridir”, – deyə diplomat qeyd edib.

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev isə öz növbəsində ölkəsinin Yaxın Şərq münaqişəsinin həlli ilə bağlı mövqeyini bir daha xatırladaraq bildirib ki, “iki xalq üçün iki dövlət” formulu əsasında Fələstin Dövlətinin yaradılması zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti