...

Zelenski Aİ-ni 2027-ci ildə Ukraynanı bloka üzv qəbul etməyə çağırdı

Dünya xəbərləri Materials 27 Yanvar 2026 17:07 (UTC +04:00)
Zelenski Aİ-ni 2027-ci ildə Ukraynanı bloka üzv qəbul etməyə çağırdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski 2027-ci ildə Ukraynanın Avropa İttifaqına (Aİ) qəbul edilməsinə çağırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski Avstriya kansleri Kristian Ştokkerlə telefon danışığının yekunlarına dair Telegram kanalında yazıb.

“Ukraynanın Avropa İttifaqına üzvlüyü təkcə bizim üçün deyil, bütün Avropa üçün əsas təhlükəsizlik təminatlarından biridir. Çünki Avropanın ortaq gücü, o cümlədən Ukraynanın təhlükəsizlik, texnoloji və iqtisadi töhfəsi sayəsində mümkündür. Məhz buna görə biz konkret tarixdən - 2027-ci ildən danışırıq və mövqeyimizin tərəfdaşlar tərəfindən dəstəklənəcəyinə ümid edirik”,- deyə Zelenski yazıb.

Qeyd edək ki, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələri 2024-cü ilin iyununda başlanıb və rəsmi Kiyev bu proses çərçivəsində Avropa Komissiyasının bir sıra tələblərini, o cümlədən qanunvericilik və institusional islahatlarla bağlı tələbləri yetirməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti