...

Ukrayna ilə bağlı üçtərəfli danışıqların növbəti raundunun tarixi və yeri açıqlandı

Dünya xəbərləri Materials 2 Fevral 2026 15:05 (UTC +04:00)
Ukrayna ilə bağlı üçtərəfli danışıqların növbəti raundunun tarixi və yeri açıqlandı

Bakı. Trend:

Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti raundu 4–5 fevral tarixlərində Əbu-Dabidə keçiriləcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, üç tərəfin qrafiklərinin əlavə uyğunlaşdırılmasına ehtiyac yarandığı üçün danışıqlar həftənin ortasına ertələnib.

“Hazırda çərşənbə–cümə axşamına nəzərdə tutulur. Doğrudan da, ikinci raund məhz bu günlərdə keçiriləcək. Danışıqlar Əbu-Dabidə baş tutacaq, bunu təsdiqləyə bilərik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, görüşün bazar günü, fevralın 1-nə planlaşdırıldığı bildirilirdi.

Bundan əvvəl, "The New York Times" qəzeti üçtərəfli danışıqların əvvəlcə BƏƏ-nin paytaxtında bazar gününə planlaşdırıldığını, lakin sonradan təxirə salındığını yazmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti