...

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu öldürülüb - KİV

Dünya xəbərləri Materials 4 Fevral 2026 02:46 (UTC +04:00)

Bakı. Trend:

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Liviyada evinin həyətində sui-qəsd cəhdi nəticəsində öldürülüb.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.

Qəddafi ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, əl-İslam evinin yaxınlığındakı bağda olarkən ölümcül yaralanıb.

Hücum edənlər 4 nəfərdən ibarət olub və hamısı tez bir zamanda hadisə yerindən qaçdı.

Öz növbəsində, Tripolidə yerləşən Milli Razılıq Hökumətində (GNA) Müdafiə Nazirliyinə tabe olan 444-cü Döyüş Briqadası Qəddafinin böyük oğlunun silahlı toqquşmalar zamanı öldürüldüyünü iddia edib.

Xəbər lenti

Xəbər lenti