Bakı. Trend:
Samoaya məxsus Upolu adasının cənub sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avstraliya Geoloji Xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Samoanın paytaxtı Apianın yerləşdiyi Upolu adasından 180 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 84 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.