...

Tramp şatdaunun qarşısını almaq üçün qanun layihələri paketini imzaladı

Dünya xəbərləri Materials 4 Fevral 2026 04:27 (UTC +04:00)
Tramp şatdaunun qarşısını almaq üçün qanun layihələri paketini imzaladı

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələri paketini imzalayaraq, hökumətin fəaliyyətinin qismən dayandırılmasına (şatdaun) son qoyub.

Trend-in məlumatına görə, imzalanma mərasimi Ağ Evdə baş tutub.

"Amerika xalqının təhlükəsizliyini və firavanlığını təmin etmək üçün vacib proqramları dəstəkləyərkən israfçı federal xərcləri effektiv şəkildə azaldan bir maliyyələşdirmə paketini qəbul edə bildik", - deyə ABŞ prezidenti imzalanma mərasimi zamanı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti