Bakı. Trend:
ABŞ-də hüquq mühafizə orqanları əməkdaşları Minneapolisdə 4 minə yaxın qanunsuz miqrantı saxlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin daxili təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflin deyib.
Onun sözlərinə görə, bu rəqəmlər icra orqanlarının 29 noyabr 2025-ci ildə əməliyyatlara başlamasından bəri gördükləri işin nəticəsidir.
Son bir neçə ayda Minneapolisdə ölkənin miqrasiya ilə bağlı qanunvericiliyi pozan şəxslərə qarşı əməliyyatlara 4 mindən çox federal hüquq mühafizə orqanları əməkdaşları, o cümlədən miqrasiya xidmətinin əməliyyatçıları cəlb olunub.
