...

SOÇİDƏ GƏNC LİDERLƏR MDB-NİN VƏZİFƏLƏRİ MÜZAKİRƏ EDƏCƏKLƏR

Dünya xəbərləri Materials 20 Sentyabr 2005 16:36 (UTC +04:00)

("Nezavisimaya qazeta") Sentyabrın 22-dən 24-nə kimi Soçidə MDB ölkələrinin gənc liderlərinin Birinci forumu keçiriləcək. Burada keçmiş SSRİ-nin 14 respublikasından və Birliyin üzvü olmayan Latviya və Estoniya da daxil olmaqla gənc liderlər, ekspertlər və biznesmenlər iştirak edəcəklər.

Forumun təşkilatçıları bu fikirdədirlər ki, MDB ölkələrinin gənc liderləri Birliyin onlardan nə tələb etdiyini, onun hansı şəkildə və formada mövcud ola bilməsindən və ümumiyyətlə, ona ehtiyacın olub-olmamasını müzakirə edəcəklər.

Forumda Ermənistan prezidentinin köməkçisi Vigen Sarqsyan, Azərbaycanın Gənc Sahibkarlar Assosiasiyasının prezidenti Aysel Rəcəbli, Qırğızıstanın Tələbələr İttifaqının sədri Elnurə Osmonaliyeva, Özbəkistanın təhsil naziri Turobjon Curayev, Moldovanın Tələb və Gənclər Milli İttifaqının sədri Yevgeni Balan və Dnestryanını Ali Şurasının sədr müavini Yevgeni Şevçuk iştirak edəcəklər. Tədbirin təşkilatçıları foruma işgüzar dairələrin nümayəndələrini də dəvət ediblər.

Xəbər lenti

Xəbər lenti