...

Gürcüstanın Dövlət Qaz-Neft Korporasiyası təsis olunub

Dünya xəbərləri Materials 12 Aprel 2006 15:05 (UTC +04:00)

Gürcüstanın İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, "Gürcüstan Qaz-Neft Korporasiyası" MMC təsis olunub. Trend in verdiyi məlumata görə, şirkətin təsisçiləri "Gürcüstan beynəlxalq neft korporasiyası" SC, "Gürcüstan beynəlxalq qaz korporasiyası" SC və səhmlərinin 100%-i dövlətin mülkiyyətində olan "Qruzneft" şirkətidir.

Birləşmiş şirkətlərin Müşahidə Şurasına Gürcüstanın baş naziri Zurab Noqaideli rəhbərlik edir. Müşahidə Şurasının tərkibinə energetika və iqtisadi inkişaf nazirləri, "Gürcüstan Beynəlxalq Neft Korporasiyası"nın "Qruzneft" şirkətinin rəhbərləri daxildirlər. MMC-in baş direktoru "Gürcüstan Beynəlxalq Qaz Korporasiyası"nın prezidenti David İnqorokva təyin edilib. "Gürcüstan Qaz və Neft Korporasiyası"nın MMC-in Nizamnamə Kapitalı 101 mln. 107,69 min lari təşkil edir.

İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, aprelin 20-də "Gürcüstan beynəlxalq neft korporasiyası" SC, "Gürcüstan beynəlxalq qaz korporasiyası" SC və "Qruzneft" şirkətinin səhmdarlarının toplantısı keçiriləcək və burada onların yenidən təşkili və funksiyalarının birləşmiş şirkətə verilməsi həll olunacaq. Bu prosesin mayın birinci yarısında başa çatacağı ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti