...

Ermənistan prezidenti Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Dünya xəbərləri Materials 19 Aprel 2006 14:37 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Ermənistan prezidenti Robert Koçaryan çərşənbə günü İrəvanda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasini qəbul edib. Çərşənbə günü Ermənistan prezidentinin mətbuat xidmətindən "Mediamaks" agentilyinə verilən məlumata görə, Qriqori Karasin Robert Koçaryana RF-nin Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstandakı səfirlərinin regional görüşündə iştirak etmək üçün İrəvana gəldiyini bildirib.

Görüşdə Ermənistan-Rusiya münasibətləri, münaqişələrin nizamlanması məsələləri, aktual beynəlxalq problemlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti