...

Qaçqınların işi üzrə Ali Komissarın İdarəsi Özbəkistanda nümayəndəliyini bağlayıb

Dünya xəbərləri Materials 19 Aprel 2006 15:43 (UTC +04:00)

Qaçqınların işi üzrə Ali Komissarın İdarəsi (QAKİ) Özbəkistan hökumətinin tələbi ilə özünün bu ölkədəki nümayəndəliyini bağlayıb. Trend in verdiyi məlumata görə, bir ay əvvəl Daşkənd QAKİ-yə öz fəaliyyətini məhdudlaşdırmağı və bir ay ərzində ölkəni tərk etəmyi təklif etmişdi. Hökumət öz qərarını bu İdarənin öz tapşırığını tam yerinə yetirməsi və onun bundan sonra Özbəkistanda qalması üçün heç bir əsas olmadığı ilə izah edib.

İdarə bu qərarla bağlı öz təəssüfünü bildirib. Çünki hazırda agentlik Özbəkistanda yaşayan əfqan qaçqınlarını və digər ölkələrdən olan qaçqınların başqa yerlərə köçürülməsi və könüllü repatriasiyası ilə məşğul olur.

Agentlik Özbəkistanda öz şöbəsini 1993-cü ildə Tacikistanda və Əfqanıstandakı vətəndaş müharibələrindən xilas olan qaçqınlara yardım göstərmək məqsədilə açıb. Hazırda QAKİ-nin Özbəkistandakı ofisi Əfqanıstandan olan 2 min qaçqının könüllü repatriasiyası ilə məşğul olur. QAKİ-nin əməkdaşları qonşu ölkələrdən Özbəkistana gəlmiş qaçqınlar üçün sığınacaq axtaranların müdafiəsi və onlara yardım göstərilməsi ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti