China National Petroleum Corp. dövlət şirkəti nümayəndəsinin sözlərinə görə, Qazaxıstan 2006-cı ildə Çinə 4,5 mln ton neft satmağı planlaşdırır. ,
Trend agentliyinin məlumatına əsasən, Qazıxstan ildə təxminən 62 mln. ton neft hasil edir. Qazaxıstan nefti Çinin "qara qızıl" idxalının 4%-ni təşkil edir. Pekin əsas tədarükçülarlə uzunmüddətli müqavilələr bağlamaqla neft idxalının həcmini artıqmağı planlaşdırır.
"Qazaxıstan nefti mayda neft emalı zavodlarına çatdırılacaq" - deyə şirkət nümayəndəsi vurğulayıb.
Tədarükün həcmi sənaye vasitələrinin tələblərinə cavab verir. 2005-ci ilin sonunda istismara verilmiş 965 km uzunluqda və 800 mln dollar dəyərində olan neft boru kəməri 2007-ci ildən tam gücü ilə işləyəcək və ildə 10 mln ton neft nəql edəcək.
May ayından başlayaraq, boru kəməri gündə 137 min barel neft və ya Çində emal olunan neftin 2,3%-ni nəql edəcək.
Neftin əsas hissəsi CNPC -ın sahib olduğu Qazaxıstan yatağlarından, o cümlədən Aktobe və Kumkol yatağlarından hasil olunacaq.
Kəmərin istismara verilməsinədək Qazaxıstan nefti dəmir yolu ilə nəql olunacaq. Bu barədə "RusEnergy" xəbər verir.