...

Rusiya Özbəkistanla birgə hərbi təlimlər keçirməyə hazırlaşır

Dünya xəbərləri Materials 25 Aprel 2006 17:02 (UTC +04:00)

Rusiya Krasnodar vilayəti ərazisində Özbəkistanla birgə hərbi təlimlər keçirməyə hazırlaşır. Bu barədə çərşənbə axşamı Pekində Rusiyanın baş nazirinin müavini və müdafiə naziri Sergey İvanov məlumat verib.

Trend in xəbər verdiyi kimi, Pekində Özbəkistanın müdafiə naziri Ruslan Nirzayevlə görüşündə S.İvanov bildirib ki, RF Krasnodar vilayəti ərazisində Özbəkistanla hərbi təlimlərin keçirilməsinə hazırlaşır.

RF-nin baş nazirinin müavini Özbəkistan ərazisində birgə təlimlərin gözəl təşkilinə görə həmkarına minnətdarlığını bildirib.

O ümidvar olduğunu bildirib ki, çağırış və təhlükələrə baxmayaraq hər iki ölkə arasında əməkdaşlıq necə lazımdırsa, elə də inkişaf edəcək.

Çərşənbə günü Pekində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin müşavirəsi keçiriləcək. Bu barədə RİA "Novosti" xəbər verir.

Xəbər lenti

Xəbər lenti