...

ABŞ Təhlükəsizlik Şurasını nəzərə almadan İrana təzyiq göstərməyə hazırdır

Dünya xəbərləri Materials 1 May 2006 13:35 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Kondoliza Rays İranı öz nüvə proqramından imtina etməyə məcbur etmək üçün BMT-nin Təhlükəsizlik Şurasını nəzərə almadan fəaliyyət göstərəməyə hazır olması barədə məlumat verib. Bu barədə bazar günü Reuters agentliyi məlumat verib.

"Bizim ox qabımızda Təhlükəsizlik Şurası üçün kifayət qədər diplomatik oxumuz var. Lakin mən həm də bilirəm ki, əgər TŞ kifayət qədər tez hərəkət etməsə, bizim mövqeyimizin tərəfdarı olan hər bir dövlət əlavə addımlar atmağı bacaracaq və istəyəcək ", - deyə Rays telemüsahibələrindən birində bildirib.

Dövlət katibi İranı beynəlxalq ictimaiyyətlə "oyunlar"da günahlandırıb və bundan əvvəl irəli sürülən tələblərin yerinə yetirilməsi üçün kifayət qədər vaxt olduğunu aydınlaşdırıb. Rays Tehranın beynəlxalq təcriddən qaçmağa çalışacağına əmin olduğunu da ifadə edib.

"İranlılar hər dəfə "sanksiyaların tətbiq edilib-edilməyəcəyinin bizim üçün fərqi yoxdur" kimi fikirlər söyləyərkən mən onların məsələyə nə üçün TŞ-da baxılmasına yol vermədikləri barədə sual verirəm", - deyə siyasətçi qeyd edib. Onun sözlərinə görə, mümkün sanksiyalar neft və ya qaza aid deyil, axı "digər variantlar" da var.

Rays İran prezidentini "psixopat" adlandıran İsrailin baş naziri Ehud Olmertlə razı olub-olmadığı barədə sualdan yayınıb. "Bu barədə anlayışım yoxdur. Mən onu heç vaxt görməmişəm və onunla danışmamışam. Mən təkcə onu bilirəm ki, tərbiyəli kompaniyada heç kim belə danışmır və o, İran rejimini çox eybəcər şəkildə təmsil edir ", - deyə Dövlət katibi bildirib.

Bu barədə "Lenta.ru" məlumat verib.

Xəbər lenti

Xəbər lenti