...

2006-cı ilin yanvar-mart aylarında Ermənistanda işsizliyin səviyyəsi 7,7% təşkil edib

Dünya xəbərləri Materials 2 May 2006 17:21 (UTC +04:00)

2006-cı ilin yanvar-mart aylarında Ermənistanda işsizliyin səviyyəsi 2005-ci ilin analoji dövrü ilə müqayisədə 1,3% azalaraq 7,7% təşkil edib.

Ermənistan Milli Statistika Xidmətindən verilən məlumata əsasən, qiymətləndirmələrə görə, ölkədə həmin dövrdə iqtisadi cəhətdən fəal əhalinin orta sayı 1163,6 min nəfər təşkil edib. Bunun 92,3% və ya 1074,3 min nəfəri iqtisadiyyatla bağlı sahələrdə çalışıb, 89,3 min nəfəri isə işsizlər təşkil edib.

Ermənistanın Məşğulluq Xidməti tərəfindən rəsmən qeydə alınmış iş axtaran şəxslərin sayı 2006-cı il martın sonunda 116,2 min nəfər olub. Bunun 92,5%-i və ya 107,5 min nəfərini işsizlər təşkil edib. 91 min nəfər işsiz statusu alıb ki, bu da işsizlərin ümumi sayının 84,7%-nə bərabərdir.

İlin əvvəlindən 1,7 min nəfər işə düzəlib.

2006-cı il martın sonunda rəsmən qeydə alınmış işsizlərin ümumi sayının 71%-ni (64,6 min) qadınlar təşkil edib. İşsizlər arasında qadınların xüsusi çəkisi 2005-ci ilin mart ayı ilə müqayisədə 0,2% artıb.

Statistik məlumatlara görə, 2006-cı il martın sonuna olar vəziyyət üzrə Ermənistanda işçi qüvvəsinə rəsmi tələbat 1010 nəfər (1 vakant yerə 106 nəfər işsiz) təşkil edib. Bu barədə ARKA xəbər verir.

Xəbər lenti

Xəbər lenti