...

NATO-nun Parlament Assambleyasının prezidenti Gürcüstanın Müdafiə Nazirliyindəki islahatlardan razıdır

Dünya xəbərləri Materials 5 May 2006 11:36 (UTC +04:00)

NATO-nun Parlament Assambleyasının prezidenti Pyer Leluş Gürcüstanın Müdafiə Nazirliyində aparılan islahatlardan razıdır.

Trend in verdiyi məlumata görə, o, bu barədə gümə axşamı jurnalistlərə müdafiə naziri İrakli Okruaşvili ilə görüşdən sonra bəyan edib.

Pyer Leluşun sözləriən görə, "müdafiə büdcəsi, ordunun modernləşdirilməsi, Silahlı Qüvvələr üzərində mülki nəzarət, onların NATO ilə uyğunlaşması və gürcü yarımbölmələrinin beynəlxalq əməliyyatlarda uğurlu iştirakı xüsusi məmnunluq yaradır".

"Gürcü ordusu ölkənin NATO-ya inteqrasiyası yolunda maneə olmayacaq", - deyə NATO PA-nın prezidenti bəyan edib.

İrakli Okruaşvilinin sözlərinə görə, "həyata keçirilən islahatlarla yanaşı, görüş zamanı NATO ilə yaxınlaşmanın növbəti mərhələsində Gürcüstan üçün nə olacağı və gürcü tərəfinin üzərinə hansı öhdəliklərin qoyulacağı da müzakiə edildi".

Nazir NATO PA-nın nümayəndə heyətinin üzvlərinin öz ölkələrində NATO-ya inteqrasiya planı ilə əlaqədar Gürcüstğana əlavə yardımın lazım olduğu məsələsini qoyacaqlarına ümidvar olduğunu bildirib. Bu barədə Praym-Nyus məlumat verib.

Xəbər lenti

Xəbər lenti