...

İran prezidenti Qərbin İranla bağlı narahatlığını "böyük yalan " adlandırıb

Dünya xəbərləri Materials 10 May 2006 13:32 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinejad Qərbin İranın nüvə proqramı ilə bağlı narahatlığını "böyük yalan" alandırıb.

"Böyük dövlətlər narahatlıqlarını ifadə edirlər, lakin bu, böyük yalandır ", - deyə o, İndoneziyanın prezidenti Susilo Bambanq Yudxoyono ilə görüşdən sonra keçirdiy mətbuat konfransında bildirib.

"Onları nüvə proqramı narahat etmir. Onlar özləri nüvə fəaliyyəti ilə məşğul olurlar və onu gündən-günə genişləndirirlər. Onlar hər gün kütləvi qırğın silahının yeni növlərini sınaqdan keçirirlər ", - deyə İran prezidenti bildirib.

Trend in verdiyi məlumata görə, Əhmədinejad bir daha bildirib ki, onun ölkəsinin nüvə proqramı "tam dinc" xarakter daşıyır. Bu barədə RİA Novosti bildirib.

Xəbər lenti

Xəbər lenti