...

Astanada Mərkəzi Asiya ölkələrinin insan alveri ilə mübarizəyə həsr olunmuş regional konfransı keçiriləcək

Dünya xəbərləri Materials 17 May 2006 15:58 (UTC +04:00)

18-19 mayda Astanada Mərkəzi Asiya ölkələrinin "İnsan alveri ilə mübarizə - regional cavab" mövzusuna həsr olunmuş regional konfransı keçiriləcək. Bu barədə Qazaxıstan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Trend in xəbər verdiyi kimi, konfransı Qazaxıstanın xüsusi tapşırıqlar üzrə səfiri Mədinə Carbusınova, ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Kristian Meerşman, ATƏT-in Almatıdakı mərkəzinin rəhbərinin müavini Byorn Halvarsson açacaq.

Forumun təşkilatçıları ölkənin Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və ATƏT-dir. Bu barədə Kazakhstan Today xəbər verir.

Xəbər lenti

Xəbər lenti