Gürcüstan prezidenti pensiyaların paylanması ilə məşğul olan "Xalq Bankı"nın işinin yaxşılaşdırılması üçün bir ay vaxt verib.
Trend agentliyinin "Praym-Nyus" agentliyinə istinadən yaydığı məlumata əsasən, bu , pensiyaların verilməsinin yaxşı təşkil olunmaması ilə bağlıdır ki, nəticədə bankın ofisləri qarşısında böyük növbələr yaranır.
"Qoy bank pensiyanı öz "mersedeslər"ində müştərilərin evinə paylasın və ya növbə problemini həll etsin" - deyə M.Saakaşvili vurğulayıb.
Prezident səhiyyə və sosial təminat nazirinə də bu məsələyə nəzarət etmək tapşırığı verib.
Hazırda məsələ ilə bağlı Tbilisi meri ilə bank rəhbərliyi arasında görüş keçirilir.