...

Rusiya MDB orqanlarının saxlanması üçün ödənişlər prinsipinin dəyişdirilməsini dəstəkləyir

Dünya xəbərləri Materials 25 May 2006 14:04 (UTC +04:00)

Rusiya MDB orqanlarının saxlanması üçün ödənişlər prinsipinin dəyişdirilməsini dəstəkləyir. Bu barədə "İTAR-TASS"a MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə gəlmiş Rusiya nümayəndə heyətindən bildirilib. Nümayəndə heyətiniə baş nazirin müavini Aleksandr Jukov rəhbərlik edir.

Trend agentliyinin məlumatına əsasən, MDB İcraiyyə Komitəsi təşkilat orqanlarının saxlanması üçün üzv ölkələrin adambaşına düşən ÜDM həcmindən asılı olaraq ödənişlərin hesablanmasını dəyişdirməyi təklif edir. Digər ölkələr qeydsiz-şərtsiz razıdırsa, Rusiya bu təklifi dəstəklyir.

Misal üçün, Qırğızıstan bu qaydanı bütün MDB orqanlarına aid etməyi təklif edir. Qazaxıstan isə prezident Nursultan Nazarbayevin ayrı-ayrı orqanların maliyyələşdirilməsinin öyrənilməsi haqqında təklifini xatırladır. Azərbaycanın da məsələ ilə bağlı öz iradları var.

Hazırkı iclasda mövzu ilə bağlı razılıq əldə edilməzsə, Rusiya müvafiq sənədi tamamlamaya göndərə bilər. "Məsələni elə həll etmək lazımdır ki, ödənişlər ədalətli və planlı olmaqla bütün üzv ölkələri qane etsin" - deyə Rusiya nümayəndə heyətindən bildirilib.

Əgər ödənişlər adambaşına düşən ÜDM ilə müəyyənləşdirilərsə, Rusiyanın xərcləri təxminən 1,5 dəfə artaraq ildə 60-70 mln rubl təşkil edəcək. MDB-nın nizamnaməsinə əsasən, Rusiya təşkilat orqanlarını 40% mayliyyələşdirməlidir, lakin ayrı-ayrı ölkələr ya heç nə ödəmir və ya qismən haqq ödəyir. Bununla əlaqədar son illər Rusiyanın xərcləri durmadan artır. Rusiya Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2004-cü ildə Moskvanın payının 52,7%, 2005-ci ildə - 64,1% təşkil edib. 2006-cı ildə isə bu rəqəmin 65,1%-ə çatacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti