...

Gürcüstanın enerji sistemi Zestafoni şəhərindəki yarımstansiyada olan qəza səbəbindən sıradan çıxıb

Dünya xəbərləri Materials 1 İyun 2006 17:20 (UTC +04:00)

Gürcüstanın enerji sistemi Zestafoni şəhərindəki yarımstansiyada olan qəza səbəbindən sıradan çıxıb.

Gürcüsanın Yanacaq və energetika nazirliyindən "Trendə" verilən xəbərə görə, bu yarımstansiyadakı qəza, demək olar ki, aradan qaldırıldıb və Şərqi Gürcüstan rayonlarının mərhələlər üzrə enerji təchizatına qoşulma prosesi başlayıb.

Tbilisi elektrik paylayıcı şirkət "TELASİ" SC-nin məlumatına görə, Tbilisidə artıq metro işləyir və elektrik enerjisinin həyat əhəmiyyətli obyektlərə, həmçinin şəhərin mərkəzi rayonlarına ötürülməsi başlayıb.

Xatırladaq ki, təxminən 11:30-da Tbilisiyə və Şərqi Gürcüstanın hər yerinə elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb.

Xəbər lenti

Xəbər lenti