...

Türkiyə polisi baş nazirə qarşı sui-qəsdin qarşısını alıb

Dünya xəbərləri Materials 1 İyun 2006 20:06 (UTC +04:00)

Türkiyə polisi baş nazir Rəcəb Tayyip Erdoğana qarşı sui-qəsdin qarşısını alıb. Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, 9 nəfər qətl hazırlamaq itttihamı ilə həbs olunub. Türkiyə KİV-inin məlumatına görə, onların arasında Türkiyə ordusunun zabitləri də var. Hazırda polis həbs olunanları dindirir. Lakin hökumət hələlik bu məlumatı şərh etmir.

Hüquq-mühafizə orqanları dəfələrlə baş nazirin Ankaradakı evi yaxınlığında quraşdırılmış partlayıcı maddələr aşkarlayıb.

Xəbər lenti

Xəbər lenti