...

İsrailin baş naziri Şimon Peres: fələstinlilər öz dövlətlərini yaratmaq hüququna malikdir, İsrail isə onlarla danışıqlar aparmağa hazırdır

Dünya xəbərləri Materials 17 İyun 2006 12:51 (UTC +04:00)

İsrailin baş naziri Şimon Peres bildirib ki, fələstinlilər öz dövlətlərini yaratmaq hüququna malikdir, İsrail isə onlarla danışıqlar aparmağa hazırdır. Bu barədə RİA Novosti xəbər verib.

"Biz Fələstin xalqı ilə çox yaxın yaşayırıq. Bizim fikrimizcə, Fələstin xalqı öz dövlətini yaratmaq hüququna malikdir, həm də hörmətə və yaxşı iqtisadiyyata da layiqdir", - deyə Peres Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi sammitində qeyd edib.

Peresin fikrincə, Fələstindəki vəziyyət nə qədər yaxşı olsa, İsraildəki vəziyyət də bir o qədər yaxşı olacaq.

"Biz fələstinlilərlə danışıqlar aparmağa hazırıq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti